Lənkəranda avtobus velosipedçini vuraraq öldürüb

Baş səhifə

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Avtobus velosipedçini – Lənkəran rayon sakini 1969-cu il təvəllüdlü İsa Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.