Ramanada ağaclar kütləvi şəkildə kəsilib? – AÇIQLAMA

Cəmiyyət


Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində ağaclar kəsilib. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Paylaşımda ağacların kütləvi şəkildə kəsildiyi və həmin torpaqların qanunsuz olaraq satışa çıxarıldığı iddia edilib. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə ağaclar yandırılıb:

“Ərazidə yandırılan ağacların əvəzinə dərhal yeniləri əkilib. Həmçinin faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir