“Həkimlərin dəqiq müayinə aparmaması bir sıra fəsadlar yarada bilər”

Cəmiyyət


“Kəskin respirator viruslara qış-payız mövsümündə daha çox rast gəlinir”.

resmixeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlarda respirator viruslar haqqında danışarkən deyib.

O bildirib ki, bu istiqamətdə həkim mütəxəssislər tərəfindən müayinə dəqiq aparılmadığı zaman bir sıra fəsadlar yarana bilər:

“Böyüklərdən fərqli olaraq uşaqlarda hər yaş dövrünün özünün immun sisteminin kritik dövrü ola bilər. Həmin dövrlərdə respirator xəstəliklərə daha çox yoluxma halları müşahidə edilir. Xüsusilə 1-7 yaş aralığında bağçaya gedən uşaqlarda və ilkin məktəb dövründə yoluxmalar üstünlük təşkil edir. Belə ki, xəstə uşaqla təmasda olan digər uşaqlar da hava damcı yolu ilə bu virusu bir-birinə keçirə bilirlər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir