“Atletiko Madrid” klubu satışa çıxarılıb

Dünya


Madridin “Atletiko” futbol klubu satılır.

Prosesi başladan klubun baş direktoru Migel Anxel Gil Marinlə prezidenti Enrike Sereso “Atletiko”nun səhmlərinin 65 faizinə sahibdirlər.

Məlumata görə, artıq ilk görüşlər baş tutub. Madrid klubunu ala biləcək namizədlər arasında ABŞ-li iş adamı, “Mayami Dolfins” futbol komandasının sahibi Stiven Ross var.

Qeyd edək ki, hazırda “Atletiko Madrid” İspaniya çempionatının turnir cədvəlində 34 xalla dördüncü yerdədir. Komanda növbəti mərhələdə “Atletik Bilbao” ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 16-da baş tutacaq.

Çempionlar Liqasında komanda 11 xalla öz qrupunun turnir cədvəlinə başçılıq edir.

Mənbə: Championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir