İrəvanda partlayış olub, xəsarət alanlar var – VİDEO

Dünya


Ermənistanın paytaxtında yerləşən İrəvan Dövlət Universitetinin Kimya, Coğrafiya, Əczaçılıq İnstitutunun yerləşdiyi korpusda partlayış baş verib.

Məlumat və hadisənin baş verdiyi yerin yaxınlığında çəkilən görüntülər Ermənistanın “Telegram” kanallarında paylaşılıb.

İlkin məlumata əsasən, partlayış kimya kafedrasında baş verib.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və yanğınsöndürən avtomobillər cəlb ediliblər.

İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Mənbə: Tert.am “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir