Həbs edilən güneyli milli fəalın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi – FOTO

Dünya


Təbrizdə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasından olan güney azərbaycanlı milli fəal Həmid Yeganəpur dünən ürək xəstəliyinin kəskinləşməsinə görə xəstəxanaya köçürülüb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə milli fəalın ailəsi xəbər verib.

Bildirilir ki, təhlükəsizlik qüvvələri onun ailəsinə zəng edərək milli fəalın xəstəxanaya aparıldığını bildiriblər. Ancaq onun səhhəti barədə dəqiq məlumat yoxdur.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir