Cənubi Koreya prezidentindən iddia: ”Rusiyanın Ukraynaya müdaxiləsində Şimali Koreyanın əli var”

Dünya


“Rusiyanın Ukraynaya müdaxiləsində Şimali Koreyanın əli var”.

Bu barədə Cənubi Koreya Prezidenti Yun Suk Yol iddia irəli sürüb.

Yun Suk Yol ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşdə Şimali Koreyanın təxribatlarına qarşı birgə müdafiənin dəstəklənməsini istəyib.

O, Şimali Koreyanın hər hansı təxribatlarından qorunmaq üçün Cənubi Koreya və ABŞ-nin birgə müdafiəsinin gücləndirilməsinə çağırıb. Yun Suk Yol, həmçinin HƏMAS-ın taktikasına bənzər qəfil hücumlara hazır olmağın vacibliyini vurğulayıb.

Koreya Respublikasının lideri bildirib ki, Ukrayna ilə Rusiya arasındakı müharibə, eyni zamanda İsraillə HƏMAS arasındakı münaqişə birbaşa və dolayısı ilə Şimali Koreya ilə əlaqəlidir.

Lloyd Ostin bildirib ki, Prezident Co Bayden Cənubi Koreya-ABŞ müttəfiqliyinin gücləndirilməsinin davam etdirilməsinə hər zamankından daha çox sadiqdir.

Müttəfiqlərin Təhlükəsizlik üzrə 55-ci Məsləhət Şurasında Şimali Koreyanın raket və nüvə təhdidlərinin qarşısını almaq üçün Vaşinqtonun genişləndirilmiş öhdəliyinin gücləndirilməsi yollarını, bir sıra təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Mənbə: Yonhap

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir