Fransanın qərb sahilində “Kiaran” qasırğası səbəbindən dalğaların hündürlüyü 21 metrə çatıb – VİDEO

Dünya


Fransanın şimal-qərbindəki Finister departamentinin sahillərində hündürlüyü 21 m olan dalğa qeydə alınıb, burada “Kiaran” qasırğası səbəbindən hava təhlükəsinin ən yüksək “qırmızı” səviyyəsi elan edilib.

“Bu gün səhər Molen adasının cənubunda, Finister sahillərində “Pierres Noires” mayakının yanında 21,1 m hündürlüyündə dalğa qeydə alınıb ki, bu da 6 mərtəbəli binanın hündürlüyünə uyğundur”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, düşərgələrdən və istirahət zonalarından 1 315 nəfər köçürməli olub. Brestdə qüllə kranı yıxıldıqdan sonra bir neçə evin sakinləri təxliyə edilib.

Fransa Daxili İşlər Nazirliyinin başçısı təsdiqləyib ki, cümə axşamı gecə saatlarında 1,2 min vətəndaş elektrik naqillərinin qırılması səbəbindən işıqsız qalıb, o cümlədən on minlərlə insan mobil rabitədən məhrum olub. O əlavə edib ki, səlahiyyətlilər həmin gecə bir neçə dəfə mobil telefon xəbərdarlığı sistemini işə salıblar. Səhərə qədər xilasedicilər 1,9 min əməliyyat keçirib və hazırda işlərinə davam edirlər.

Mənbə: lachainemeteo.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir