Xoşbəxt Yusifzadənin dəfn yeri açıqlandı

Cəmiyyət


Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.

resmixeber.az-ın məlumatına görə, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında – Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30-da olacaq.

Geoloq bu gün saat 12:00-da Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir