Paytaxt sakinlərinə sudan istifadə etmədikləri halda cərimə yazılıb? – İDDİA + VİDEO

Cəmiyyət


Paytaxtın Sabunçu rayon sakinləri iddia edirlər ki, onlardan işlətmədikləri suyun ödənişi tələb olunub.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Salatın Əsgərova küçəsinin sakinləri bildiriblər ki, sudan istifadə etmədikləri halda, ünvanlarına cərimə yazılıb.

Onlar qeyd ediblər ki, iki ay əvvəl müraciətləri nəzərə alınıb və əraziyə su xətləri çəkilib. Bu vaxta qədər isə suyu maşınlarla gətiriblər.

Məsələ ilə əlaqədar “Azərsu ASC”-dən bildirilib ki, ərazidə invertar aparılıb və daha əvvəl sudan istifadə edən kanalizasiya xətti olan sakinlərə 240, olmayanlara isə 168 manat məbləğində dəymiş ziyan hesablanıb və ödənişi tələb olunub:

“Həmin sakinlər də daha əvvəl su xəttindən istifadə ediblər”.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir