Aktyor Kris Evans gizlincə evlənib

Dünya


Aktyor Kris Evans gizli nikah mərasimi keçirərək sevdiyi aktrisa Alba Baptista ilə evlənib.

İnsayderin məlumatına görə, “Qisasçılar” filminin ulduzu Keyp Koddakı mülkdə gizlincə yığıncaq təşkil edib, dostlarını, “Marvel” layihələrindən həmkarlarını dəvət edib. Qonaqlar arasında aktyor kiçik Robert Dauni və həyat yoldaşı, Kris Hemsvort və həyat yoldaşı Elza Pataki, Ceremi Renner, həmçinin Con Krasinski və Emili Blant da olublar.

Qeyd edək ki, Kris Evans 1990-cı illərin sonundan bəri filmlərdə çəkilir. “Marvel” komiksləri əsasında çəkilən filmlərdəki “Amerikanın Kapitanı” rolu ona populyarlıq qazandırıb. Aktyor heç vaxt ailə həyatı qurmayıb. Müxtəlif vaxtlarda o, Cessika Bil, Minka Kelli və Cenni Sleyt ilə görüşüb.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir