“Nyukasl”ın müdafiəçisi küçədə dava etdi, qardaşı və dostu xəstəxanalıq oldular – VİDEO

Dünya


İngiltərənin “Nyukasl” futbol klubunun kapitanı və müdafiəçisi Camal Lassels Nyukasl-apon-Tayn şəhərində hücuma məruz qalıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, futbolçu, eləcə də onun 19 yaşlı qardaşı və dostu küçədə naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar. Hücumçular dava zamanı futbolçunu güllələməklə hədələyiblər.

Lassells özünü müdafiə etmək üçün dalaşmaq məcburiyyətində qalıb. Məlumata görə, onun qardaşı kəllə-beyin travması alıb, dostu isə xəstəxanaya huşsuz vəziyyətdə aparılıb.

“Nyukasl” klubundan hadisədən xəbərdar olduqları və videoya baxdıqları bildirilib. Məsələ klub daxilində həllini tapacaq.

Qeyd edək ki, Lassells 2014-cü ilin yayından “Nyukasl”da çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir. O, ötən mövsüm “sağsağanlar”ın heyətində 11 oyun keçirib və bir qol vurub.

Mənbə: Daily Mail

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir