Kliniki Tibbi Mərkəzin onlayn sistemi çöküb

Cəmiyyət


Bakıda xəstəxananın onlayn sistemi çöküb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, söhbət Kliniki Tibbi Mərkəzdən gedir. Vətəndaş iddia edir ki, Mərkəzdə onlayn xidmət sistemi çöküb, pasiyentlər və həkim heyəti biçarə qalıb. Vətəndaşların çoxluğunu nəzərə alsaq konkret gərgin vəziyyət yaranıb.

resmixeber.az xəbər verir ki, məsələyə münasibət bildirən TƏBİB-nin Mətbuat Xidmətinin rəhbəri Zamirə Ədilova bunun texniki problem olduğunu diqqətə çatdırıb:

“Böyük dataların mövcud olduğu platformada belə texniki fasilələr, təəssüf ki, bəzən qaçılmaz olur. Hazırda sistem üzərində iş aparılır. Ən qısa zamanda problem aradan qaldırılaraq, sistem işə salınacaq. Anlayışınız üçün təşəkkür edirik!”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir