Tullantıları ətrafa atanlar cərimələniblər

Kriminal


Abşeron rayonu, Atyalı qəsəbəsində, Ağsu rayonu, “Kamran” kafesinin ərazisində, İsmayıllı rayonu, Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonu, Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib.

“Kamran” kafesinin sahibi İmran Eyyubov, qəssab dükanının sahibi Ravil Hümbətov və “Dostlar” mağazasının sahibi Vidadi Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyektlərin sahiblərinə və Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir