“Turan Tovuz”un futbolçusu milli komandası ilə gümüş medal qazandı

Dünya


Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunun qalibi məlum olub.

resmixeber.az xəbər verir ki, həlledici oyunda Meksika və Panama yığmaları üz-üzə gəliblər.

Görüş meksikalıların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.

Meksika tarixində 12-ci dəfə KONKAKAF Qızıl Kubokunun qalibi olub.

Qeyd edək ki, Panama millisində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller çıxış edir. Müdafiəçi bu görüşdə ehtiyatda qalsa da, gümüş medala sahib çıxıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir