Britaniya mətbuatı: Priqojinin media holdinqi işini bərpa etməyə hazırlaşır

Dünya


Rusiyada silahlı üsyana cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Patriot” media holdinqi fəaliyyətini bərpa edə bilər.

Britaniya mətbuatı bu barədə Yevgeni Priqojinə yaxın şəxslərə istinadən məlumat yayıb.

Xəbəri “Patriot” media holdinqin tərkibinə daxil olan “Nevskiye Novosti” nəşrinin baş redaktoru Andrey Krasnobaev də təsdiq edib.

Qeyd edək ki, iyun ayının 29-da “Vaqner”in təsisçisinin media aktivlərinin mümkün satışı barədə məlumat yayılmışdı. Bir gün sonra isə “Roskomnadzor” “Patriot” mediaya daxil olan xəbər resurlarını bloklamağa başlayıb və qadağan olunmuş saytların reyestrinə daxil edib.

Mənbə: Financial Times

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir