Bakıda bazarın satıcılarına qarşı 244 minlik dələduzluq edildi

Cəmiyyət


Bakıda külli miqdarda dələduzluq edən şəxsə qarşı cinayət işi başlanılıb.

resmixeber.az xəbər verir ki, Elman Ağasıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub.

İş üzrə 4 zərərçəkmiş var.

Məlumata görə, o, “8-ci kilometr” (“Vasmoy”) bazarında çalışan həmin 4 zərərçəkmiş satıcıdan 244 min manatlıq quru meyvələr alaraq satıb. Ancaq aldığı məhsulların pulunu qaytarmayıb.

Aldadıldığını başa düşən satıcılar E. Ağasıyev barəsində hüquq-mühafizə orqanlarına üz tutublar.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

E. Ağasıyev barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir