Stenford Universitetindən Devid Stüdderdin başçılıq etdiyi bir qrup amerikalı alim bildirib ki, Nobel mükafatı ona layiq görülən alimlərin karyerasına mənfi təsir göstərir.
ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosu tərəfindən dərc edilən araşdırmanın müəllifləri Nobel mükafatı və digər nüfuzlu elmi mükafat olan “Lasker” mükafatının alınmasının alimlərin gələcək işlərinə necə təsir etdiyini müqayisə ediblər.
Lasker mükafatı laureatlarının effektivliyi, eləcə də mükafatı aldıqdan sonra onların işlərinə istinadlar artıb. Əsərlərin “yenilik” göstəricisi, yəni son zamanlar elmi ictimaiyyət tərəfindən tanınan terminlərin işlədilməsi də yüksək olub. Nobel mükafatı laureatları üçün isə bu rəqəmlər azalıb.
Elmi işin müəlliflərinin fikrincə, Nobel mükafatı laureatları daha tez-tez müsahibə verməli, ictimai tədbirlərdə iştirak etməli, yəni birbaşa elmi fəaliyyətdən yayınmalıdırlar.
www.RESMIXEBER.az