Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran mərkəz açılacaq

Dünya


Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran beynəlxalq mərkəz açılacaq.

Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaqlar.

Maraqlı məqamlardan biri budur ki, yeni açılan mərkəzdə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmayan ABŞ də təmsil olunacaq.

Aİ bildirib ki, mərkəzin əsas məqsədi Ukraynaya müdaxiləyə görə məsuliyyət daşıyanları mühakimə etməkdir.

Mərkəz Ukraynaya qarşı təcavüzün dəlillərini toplayacaq və Kreml rəsmilərinə qarşı ittihamlar irəli sürəcək.

Mənbə: The Guardian

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir