Şoyqu ilk dəfə “Vaqner”in qiyamına münasibət bildirib – VİDEO

Dünya


Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk dəfə “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamına münasibət bildirib.

Şoyqu vurğulayıb ki, hərbi qiyama cəhd uğursuzluqla nəticələnib.

“Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi olub”, – deyə S.Şoyqu söyləyib.

Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Daha sonra iş adamı Müdafiə Nazirliyinin yoluna çıxan bütün mövqelərini məhv edəcəyinə söz verib və ordusunu Rostov-Dondakı Cənub Hərbi Dairəsinin qərargahına istiqamətləndirib. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenko qiyamın dayandırılması ilə bağlı Yevgeni Priqojinlə razılığa gəlməyə nail olub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir