ABŞ səfiri Ermənistanda gündəm oldu: “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər”

Dünya


ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuin Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının Azərbaycan tərəfindən müdafiəsi məsələsini şərh edib.

Bu barədə səfir erməni mətbuatına müsahibəsi zamanı bildirib.

“Biz inanırıq və ümid edirik ki, bu, mümkündür. Fikrimizcə, bütün tərəflər bunun üçün birgə səy göstərməlidirlər. Birləşmiş Ştatlar bunun düzgün yanaşma olduğuna əmindir və tərəfləri hüquq və təhlükəsizliyin qorunmasını təmin etməyə çağırır. Artıq sözügedən tərəflər bunu bəyan ediblər. İndi məsələnin düzgün yolunu tapmaq qalır”, – K.Kuin bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir