İstanbulda PKK əməliyyatı zamanı 9 terrorçu yaxalanıb

Dünya


Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyat nəticəsində PKK-nın Suriya qolu YPG-nin üzvü olan 9 terrorçu saxlanılıb.

Onların yaşadıqları evlərdə terror təşkilatına aid çox sayda rəqəmsal material və müxtəlif ölçülü 72 güllə ələ keçirilib. Araşdırmalar davam edir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir