“Müsabiqə mədəniyyəti və ən bacarıqlıların qalib gəlməsini təmin etmək çox çətin məsələdir. Bu işi bacaran təşkilatlara böyük təşəkkür düşür”.
resmixeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, son 30 ildə bütün sahələrdə Azərbaycan köklü şəkildə dəyişikliklərə gedib:
“Hələ də əhalinin bir çox hissəsi müstəqillikdən əvvəl doğulub. Çağırışlara baxanda hər 10 illik fərqli olub. Hesab edirəm ki, müstəqillik dəyəri bugünkü müsabiqə qalibləri üçün ən köklü dəyərdir. Müstəqilliyin davamlı olması üçün də savadlı, bacarıqlı, ən əsası da hazırlıqlı kadrların vaxtında tanınması olduqca vacibdir. Bizi düşündürən suallar növbəti onillikləri əhatə edəcək. Xüsusilə risklər haqqında düşünmək lazımdır. Bilik cəmiyyəti kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir. Bu cür müsabiqələrdə qalib də, məğlub da olur. Önəmli odur ki, hər bir fərd müsbət mənada nəsə öyrənmiş olur. Özüm də bəzi müsabiqələrdə qalib, bəzilərində məğlub olmuşam. Amma hər birindən nəsə öyrənmişəm”.
Aysel Aslan
www.RESMIXEBER.az