“İstənilən vaxt biz antiterror əməliyyatlarına başlaya bilərik” – ŞƏRH + FOTO

Siyasət


“Sonuncu – “Qisas-2” əməliyyatları Azərbaycan əsgərinin yaralanması, 5 erməni əsgərinin isə məhv edilməsi ilə nəticələndi. Ermənilər bir daha hiss etdilər ki, bizə atılan bir gülləyə qarşı belə adekvat cavab alacaqlar”.

Bu fikirləri resmixeber.az-a Qarabağda törədilən erməni təxribatları və “Qisas-2” əməliyyatı haqqında danışarkən deputat Arzu Nağıyev deyib. Deputat bildirib ki, Azərbaycanın öz daxilində, ərazisində “Qisas-2” əməliyyatı gedir:

“İstənilən vaxt biz antiterror əməliyyatlarına başlaya bilərik. Ermənilərin yaratdığı terror yuvalarını dağıtmaq üçün istənilən vaxt Azərbaycan əməliyyat keçirə bilər.

Ermənilər sazişlərə, danışıqların nəticələrinə əməl edib, qanunsuz silahlı birləşmələri torpaqlarımızdan çıxartmadıqca onlar üçün nəticə yaxşı olmayacaq.

Sülhməramlı qüvvələr də durumdan nəticə çıxartmalı, Ermənistana təzyiqi artırmalıdır.

Ermənilər ciddi cəhdlə çalışırlar ki, cəsədləri Laçın yolu ilə Ermənistana çıxartsınlar. Bu sübut edir ki, Ermənistan ordusunun əsgərləri qeyri-qanuni olaraq Azərbaycan ərazisindədir. İstənilən vaxt bizim onları məhv etmək hüququmuz var.

Qarabağda 3 cür erməni yaşayır. Birincisi, Azərbaycan konstitusiyasını, qanunlarını qəbul etmək istəyənlər, ikincisi, qaçıb canını qurtarmağa çalışanlar, üçüncüsü isə separatçılar, revanşist adı ilə vəzifələrdə oturanlardır. Onlar başa düşməlidir ki, Azərbaycana qarşı törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Ölkə başçısının ordu günündə çıxışı ermənilər və onların havadarları üçün mesaj idi. Ermənilər heç bir beynəlxalq statusu olmadan Azərbaycanla danışıqlara getməlidirlər”.

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir