Azərbaycanda son sutkada bir nəfər COVID-19-a yoluxub – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən altı nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 945 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 15 nəfərdir.

Ölkədə son sutka ərzində 138, hazırkı dövrədək isə 7 643 678 test aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir