İslam Əməkdaşlıq Təşkilatı təcili toplanır

Dünya


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də növbədənkənar toplantı keçirəcək.

Məlumata görə, iclasın əsas gündəmi İsveçdə Quranın yandırılması olacaq.

Toplantının Ciddə şəhərində keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, iclas İƏT-in hazırki müddət sədri olan Səudiyyə Ərəbistanının tələbi ilə baş tutacaq. Toplantıda Stokholmda yaşanan hadisəyə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması hədəflənib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir