Ağstafada toydan qayıdanlar qəzaya düşdülər: Ölən və yaralananların kimliyi AÇIQLANDI – YENİLƏNİB

Kriminal


Ağstafada yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

“resmixeber.az”un məlumatına görə, minik avtomobili ilə avtobusun toqquşması nəticəsində, Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Səringül İsfəndiyar qızı Abbasova hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Saxavət İsfəndiyar oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Fuad Sübhan oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

22:10

Ağstafada toydan qayıdanlar avtomobil qəzasına düşüb, ölən və xəsarət alanlar var.

“resmixeber.az”un məlumatına görə, avtomobil qəzasında bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir