Bakıda çoxmərtəbəli binadakı mənzil qəsdən yandırılıb? – TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Cəmiyyət


Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Qobu park 2” yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.

Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.

Qonşular alovun qarşısına almağa çalışsa da onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.

Alovun qarşısı qısa zamanda alınıb.

Qonşular bildirir ki, Coşqun ruhi əsəb xəstəsidir. O, birgə yaşadığı ailə üzvlərini də döyərək evdən qovub.

Hadisə yerinə polislər gəlib.

Ev sahibi Coşqun Mehdiyev bölməyə dəvət edilib.

Hadisə araşdırılır.

21:23

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:08

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində yanğın olub.

resmixeber.az-ın məlumatına görə, hadisə yaşayış kompleksindəki 18-ci binanın 10-cu mərtəbəsində baş verib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir