Fərhad Hacıyev: “Bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müracət edilib”

Cəmiyyət


“Bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müracət edilib”.

resmixeber.az xəbər verir ki, bununla bağlı gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib. O qeyd edib ki, 13 500-ə yaxın  müraciət daxil olub:

“Bir neçə gün sonra yarımfinal başlayır və 343 nəfər yarımfinal iştirakçısının bir-biri ilə yarışını görəcəyik. Bu format ölkəmizdə yenidir. Yarımfinal və finalda müsabiqə iştirakçılarını keyslər çərçivəsində ciddi mübarizə gözləyir”.

Qeyd edək ki, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir