Moldova qazı IGB vasitəsilə idxal edib və gələcəkdə də qaz almaqda maraqlıdır

Dünya


Moldova qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə idxal edib və bundan sonra da qaz almaqda maraqlıdır.

Bunu “Trend”ə müsahibəsində Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.

O, Moldovanın bu qaz kəmərindən istifadə edən ilk ölkə olduğunu vurğulayıb.

“Bu, ölkəmiz enerji böhranı ilə üzləşəndə ​​baş verdi. Biz təbii qazı alternativ bazarlarda axtarmalı olduq. IGB 2022-ci ilin oktyabrında kommersiya istifadəsinə verildi. Oktyabrın sonu və ya noyabrın əvvəlində Moldovanın “Energocom” dövlət şirkəti artıq bu qaz kəmərindən istifadə edən ilk şirkət oldu”, – deyə o izah edib.

Qaz həcmlərinə gəlincə, Borosan Moldovanın IGB-dən təxminən 200 milyon kubmetr qaz aldığını bildirib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdəbirini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir