Küçədə qaçan ayı sakinləri qorxutdu: “Onu dayandırmağın başqa yolu olmadı” – VİDEO

Dünya


Rusiyanın Tomsk şəhərində mərkəzi küçədə böyük ayı görüntülənib.

Yol və səkilərdə qaçan ayı sürücülər tərəfindən lentə alınıb. Videogörüntülərdə onun gölməçədə üzdüyü də əks olunub.

Ayı əraziyə çağırılan mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Tomsk merinin təhlükəsizlik üzrə müavininin sözlərinə görə, ayılar yaşayış qəsəbənin ərazisinə nadir hallarda girir.

“Bu gün şəhərin küçələrində vəhşi heyvanın peyda olması ilə əlaqədar fövqəladə xidmətlər operativ fəaliyyət göstərdi. Ayı insanlar üçün təhlükəli olduğuna tezliklə zərərsizləşdirildi. Şəhərdə belə vəziyyət nadir hallarda olur. Buna baxmayaraq, Tomskda əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib”, – deyə o qeyd edib.

Rayon Ovçuluq Departamentinin rəisi də öz növbəsində vurğulayıb ki, heyvan aqressivləşdiyi üçün zərərsizləşdirilib.

“Ayı artıq aqressiya nümayiş etdirirdi. Böyük heyvandır, insandan boyca daha uzundur və stress içindədir. Bu, iki yaşlı yetkin heyvandır. Buna görə də mütəxəssislər heç bir trankvilizatorun kömək etməyəcəyini dedilər, çünki həddindən artıq adrenalin var idi. Bu səbəbdən də onu dayandırmağın başqa yolu olmadı”, – deyə o əlavə edib.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir