Goranboyda məktəbdə özbaşınalıq: Şagird və müəllimlər olmadığı halda jurnala qiymətlər yazılır – VİDEO

Cəmiyyət


Goranboyda yerləşən məktəbdə hamı bir birindən şikayətçidir.

Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbdə müəllimlər direktordan, direktor isə müəllimlərdən narazıdır.

Belə ki, həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib.

Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımırlar.

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb.

Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar.

Haqsızlıqlara dözə biməyən müəllim aidiyyatı qurumlarla yanaşı “Xəzər Xəbər”ə müraciət edib.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir