Berlində aktivistlər məşhur rok qrupunun qərargahına hücum etdilər – FOTO

Dünya


Almaniya paytaxtı Berlində solçu radikal aktivistlər axşam saatlarında məşhur “Rammstein” rok qrupunun baş qərargahına hücum ediblər.

Onlar pəncərələri sındırıblar və üzərində “Cinayətkarları səhnəyə çıxarmayın” yazısını asıblar. Berlin polisi insidentlə bağlı məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamaqdan imtina edib.

Hücuma görə məsuliyyəti radikal sol qruplaşmalardan biri üzərinə götürüb. O, “Rammstein”in solisti Till Lindemannı özlərinə qarşı seksual davranışlar sərgiləməkdə ittiham edən qadınlarla həmrəy olduğunu bildirib və hərəkətlərini də bununla izah edib.

Qeyd edək ki, “Rammstein” rok qrupunun solisti Till Lindemann cinsi təcavüzdə ittiham olunub.

Berlin prokurorluğunun məlumatına görə, alman müğənninin konsertlərdən sonra qadınlara qarşı cinsi zorakılıq hərəkətləri etdiyi iddia olunur.

Belə ki, bir sıra qadınlar konsertlərdə Lindemannla cinsi əlaqədə olmaq üçün seçildiklərini bildirirlər.

60 yaşlı Lindemann isə vəkilləri vasitəsilə dəfələrlə bu ittihamları rədd edib və həqiqət olmadığını deyib.

Berlin Prokurorluğu Lindemanna qarşı cinsi xarakterli cinayətlər və narkotiklərin yayılması ittihamları üzrə iş qaldırıb.

Mənbə: “Bild”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir