Blinken: “Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda irəliləyiş əldə olunub”

Siyasət


Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlarda irəliləyiş əldə olunub.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanla yekun plenar görüşün yekunları üzrə deyib.

O, bəyan edib ki, Azərbaycan və Ermənistan arasında yekun razılığın əldə olunması üçün çox iş görülməlidir.

“Sizinlə görüşmək fürsətini həqiqətən yüksək qiymətləndirirəm. Bu prosesdə komandamız, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da iştirak edib. Biz bu ümumi məqsədə doğru daha da irəliləyiş, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin daha dərindən anlaşılmasını qeyd edəcəyimiz bəyanatı paylaşacağıq”, – deyə Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Bakı ilə İrəvan arasında ən çətin məsələlərin sonda həll olunması planlaşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir