İordaniyada kişinin hamiləlik testi müsbət çıxdı

Dünya


İordaniya sakini müsbət hamiləlik testi verərək həkimləri heyrətləndirib.

42 yaşlı kişi belindəki dözülməz ağrılardan şikayət edərək həkimə müraciət edib. Bundan sonra xəstə hamiləlik testindən keçib və müsbət nəticə alıb.

Şoka düşən həkimlər vəziyyəti aydınlaşdırmaq üçün iordaniyalını əlavə müayinədən keçməyə məcbur ediblər.

Əlavə analizlərdən sonra həkimlər xəstədə qaraciyərə metastaz verən şiş aşkar ediblər.

Histopatoloq Hüssamə Əbu Fərsəxin sözlərinə görə, neoplazma adətən hamiləlik zamanı istehsal olunan hormonları ifraz edib və bu da müsbət test nəticələrinə gətirib çıxarıb.

Mənbə: lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir