Bakıda bayram namazı qılınıb – YENİLƏNİB + FOTO

Cəmiyyət


Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

resmixeber.az xəbər verir ki, Təzəpir məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

Namazda sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.

09:18

Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb.

resmixeber.az xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:13-də qılınıb.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xatırladaq ki, bayram namazı Əjdərbəy məscidində və Göy məsciddə 08:00-də qılınıb.

08:18

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.

resmixeber.az xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edirlər.

“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir