Dənizin ortasında yuxuya getdi: Ölümdən son anda xilas edildi – VİDEO

Dünya


Türkiyənin Ədirnə şəhərində Saros körfəzində su döşəyində yuxuya gedib qalan şəxs sahildən 7 kilometr aralandıqdan sonra qayıqla xilas edilib.

Belə ki, Yayla kəndi sahilində su döşəyi ilə dənizə girən şəxs yuxuya gedib, külək döşəyi sahildən 7 kilometr uzaqlaşdırıb. Həyat yoldaşından xəbər ala bilməyən kənd sakini turizmlə məşğul olan Mustafa Altunhan adlı şəxsdən kömək istəyib. Dərhal hadisə yerinə iki qayıq göndərilib və küləyin açıq dənizə sürüklədiyi döşəkdə çarəsiz qalan şəxs xilas edilib. Xilasetmə anı mobil telefonla lentə alınıb.

Mustafa Altunhan hadisə ilə bağlı açıqlama verərək sakinlərə xəbərdarlıq edib: “Atalar və analar, övladlarınızı xəbərdar edin. Əgər külək qurudan dənizə doğru əsirsə, döşək və ya velosipedlə dənizə çıxmayın. Belə xoşagəlməz hadisələr yaşaya bilərsiniz. Həmin an dostumla birlikdə ərazidə olmasaydıq, bu vətəndaşımız 10 dəqiqə ərzində gözdən itəcəkdi. Külək qurudan dənizə əsərsə əvvəlcə dalğa olmaz, amma dənizə doğru hərəkət etdikcə nəhəng dalğalarla qarşılaşa bilərsiniz. Bundan sonra isə xilas olmaq çox çətin olar”.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir