Zelenski ingilis dilini məmurlar üçün məcburi edir

Dünya


Prezident Volodimir Zelenski Ali Radada Ukraynada ingilis dilinin istifadəsi ilə bağlı qanun layihəsini qeydə aldırıb.

Sənədə əsasən, ölkədə bir sıra dövlət qulluğu vəzifələrində ingilis dili biliyi məcburi ola bilər.

Qanun layihəsindən belə anlaşılır ki, Ukraynada yerli administrasiya rəhbərləri, zabitlər, polislər və prokurorlardan da ingilis dili biliyi tələb olunacaq.

Qeyd edək ki, Ukrayna Mədəniyyət Nazirliyi ingilis dilinin ölkədə beynəlxalq ünsiyyət dili statusu olması haqqında qanun layihəsi üzərində işə 2022-ci ilin avqustunda başlayıb.

Mənbə: Rosbalt.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir