Baydenin müşaviri: “Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım” – FOTO

Siyasət


“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Twitter” hesabında yazıb.

O, ABŞ-nin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.

“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, – ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir