Fidan Mir-Qədirova: “Bakı Payızı” müsabiqəsi 35 il sonra layihə səhnəmizə möhtəşəm ulduzlar bəxş edəcək”

Mədəniyyət


“İnanıram ki, 35 il sonra layihə yenidən səhnəmizə möhtəşəm ulduzlar bəxş edəcək”. 

Bu sözləri resmixeber.az-a açıqlamasında “Bakı Payızı” layihəsinin baş koordinatoru Fidan Mir-Qədirova deyib. 

Onun sözlərinə görə, layihədə ümumi 13 qrup iştirak edir: 

“Möhtəşəm layihəmiz başladı. Bu gün ilk gündür. Qrupların müsabiqəsidir. Dünən sonuncu məşqləri etdik. İnanıram ki, 35 ildən sonrakı layihə səhnəyə möhtəşəm ulduzlar bəxş edəcək”. 
F.Mirqədirova qeyd edib ki, müsabiqədə beynəlxalq layihədə iştirak edən qruplar var: “Artıq öz sözünü deyən qruplar var. Çox sevindirici haldır. Məşqlər dünən bitdi. Bu gün müsabiqə başladı, birinci və ikinci tur olacaq. Sabah vokalçıların ilk turu olacaq. İyunun 30-da isə ikinci tur olacaq. İyulun 1- orjinal janr, müasir xoreoqrafiya, bəstəkarlar çıxış edəcəklər. Böyük layihədir. 5 janrı əhatə edir”. 

Baş koordinator sonda layihənin 2022-ci ilin oktyabr ayından başladığını bildirib: “Layihənin rəhbəri Sevinc Kərimovadır. Bu layihənin 1988-ci ildən təsisçisidir”. 

Qeyd edək ki, Azərbaycanda 35 il sonra yenidən “Bakı Payızı” istedadlar müsabiqəsi keçirilir. Konsertlər Bakı Musiqi Akademiyasının Opera Studiyasında iyunun 28, 29, 30-da və iyulun 1-də keçiriləcək.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir