ABŞ-də Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü başlayıb

Dünya


ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Bu barədə xarici mətbuatda məlumat yayılıb.

Qeyd edək ki, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü iyunun 27-də dörd saat davam edib. Danışıqlar iyunun 29-dək davam edəcək və Azərbaycanla Ermənistan arasında sülh sazişi müzakirə olunacaq.

Daha əvvəl Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinken və Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir