Avropa Oyunları: Azərbaycanın badmintonçularının pley-offda rəqibləri müəyyənləşib

Dünya


Polşada təşkil olunan III Avropa Oyunlarında Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın pley-offda rəqibləri müəyyənləşib.

“resmixeber.az” xəbər verir ki, qrup mərhələsini mütləq nəticə (3 qələbə) ilə başa vuran Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında 1/8 finalda Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşacaq.

Qadın badmintonçuların şəxsi yarışında ardıcıl 3 qələbə qazanaraq pley-offa qrup lideri kimi yüksələn Keişa Fatimə Zəhra isə 1/8 finalda isveçrəli Jenjira Stadelmanla üz-üzə gələcək.

1/8 final mərhələsinin görüşləri iyunun 29-da oynanılacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir