Ovusu “Qarabağ”la oyundan danışdı: “Bizi xüsusi matç gözləyir”

Dünya


“Bu gün təxminən eyni gücdə olan iki komanda meydana çıxacaq”. 

Bunu Macarıstanın “Ferentsvaroş” komandasının futbolçusu Kvabena Ovusu “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib. 

26 yaşlı hücumçu Ağdam təmsilçisinin güclü kollektivə sahib olduğunu bildirib: “Qarabağ”ı yaxşı tanıyıram. Köhnə dostları görmək çox xoş olacaq. Bizi xüsusi bir matç gözləyir”.

K.Ovusu Macarıstan təmsilçisinin hədəfinin Çempionlar Liqası ilə bağlı olduğunu bildirib: “Burada özümü yaxşı hiss edirəm. Hamımızın bir məqsədi var. O da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir, bu da normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Biz düzgün yoldayıq”.

Xatırladaq ki, qanalı fubolçu ötən qış üç il oynadığı “Qarabağ”dan “Ferentsvaroş”a keçib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir