Amerikalı milyarder faciəli şəkildə öldü

Dünya


Amerikalı milyarder Ceyms Kroun Kolorado ştatında yarış yolunda qəza nəticəsində dünyasını dəyişib.

71 yaşlı milyarderin nəqliyyat vasitəsi dönmə manevri zamanı idarəetməni itirərək maneəyə çırpılıb. Ölümlə nəticələnən qəza bədbəxt hadisə kimi qiymətləndirilib.

Qeyd edək ki, Ceyms Kroun “JPMorgan Chase”in Direktorlar Şurasının üzvü, “Henry Crown & Co” investisiya şirkətinin prezidenti idi.

“Forbes” 2020-ci ildə Kroun ailəsinin sərvətini 10,2 milyard dollar qiymətləndirib.

Barak Obama 2014-cü ildə Krounu Prezident yanında Kəşfiyyat Məsləhət Şurasının üzvü təyin edib. O, “Aspen Skiing Co.”nun İdarəedici Partnyoru, Aspen İnstitutunun Fəxri Sədri və üç qurumun – Elm və Sənaye Muzeyi, Vətəndaş Komitəsi, Çikaqo Universitetinin qəyyumu idi.

Krounun təşəbbüsü ilə Çikaqoda cinayət nisbətini azaltmaq məqsədilə on milyonlarla dollar toplamaq üçün xeyriyyə layihəsi icra edilirdi.

ABŞ Prezidenti Co Bayden də iş adamının ailəsinə başsağlığı verib, Krounu yaxşı insan, əziz dost və böyük amerikalı adlandırıb.

Mənbə: CBS News

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir