Regionda yeni reallıq: Azərbaycanın qələbəsi Kolumbiya telekanalında – FOTO

Siyasət


Kolumbiyanın bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən aparıcı xəbər telekanalı “NTN24”də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə süjet yayımlanıb.

Ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, süjetdə Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub.

Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs haqqında birgə Bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətdiyi bildirilib və beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları barədə məlumat verilib.

Eyni zamanda, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündən sitatlara yer verilib. Azərbaycanın qüvvətli tərəf kimi danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olduğu, o cümlədən Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneə qalmadığı vurğulanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir