“Fənərbağça”nın yeni ulduzu narazıdır: Bəzi futbolçular Rusiyaya getmək istəmirlər

Dünya


Türkiyənin “Fənərbağça” klubunun bəzi legionerləri Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matc TV” turnirində oynamaq istəmirlər.

Oyunçular siyasi səbəblərə – Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara görə bu ölkədə keçirilən yarışda iştirak etməyi düzgün hesab etmirlər. Onların arasında yeni transfer olunan bosniya və herseqovinalı Edin Ceko da var.

Xatırladaq ki, ötən il Bosniya və Herseqovina millisi ilə Rusiya yığması arasında yoxlama oyunu nəzərdə tutulsa da, futbolçuların qarşılaşmanı boykot etməsi səbəbindən matç baş tutmamışdı.

Qeyd edək ki, iyulun 1-dən 15-dək keçiriləcək sözügedən turnirdə “Neftçi” də mübarizə aparacaq. Azərbaycan klubu “Zenit” (Rusiya), “Fənərbağça” və “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gələcək.

Mənbə: Fotospor

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir