Ermənistan yapon alimi “türk casusu” kimi ölkədən qovdu: “Qarabağ Azərbaycanındır deyəndə məni hədələdilər”

Siyasət


Yaponiyalı akademik Keysuke Vakizaka “Türkiyə casusu” olduğu iddiası ilə Ermənistandan qovulduğunu açıqlayıb.

Bu barədə sosia şəbəkədə məlumat verən elm adamı başına gələnləri “Haber Global”a danışıb.

“Bu gün Qafqazda çalışan bir alim olaraq Ermənistandan qovuldum. Məni türk casusu olmaqda ittiham etdilər, təhqir etdilər. Erməni polisləri məni söydülər. Erməni dilini bildiyim üçün hər şeyi aydın başa düşdüm. Bir akademikin Ermənistandan gələn arzuolunmaz ziyarətçilər siyahısında olması həqiqətən gülməlidir. Bu, diplomatik adətlərə və qonaqpərvərliyə uyğun davranış deyil. Bu əsl qalmaqaldır”, – alim bildirib.

Qafqaz üzrə ixtisaslaşan və Türkiyədə yaşayaraq Gelişim Universitetinin müəllimi olan Vakizaka daha əvvəl də Ermənistana səfər etdiyini və heç bir problem yaşamadığını dilə gətirib.

“Erməni dilini bilirəm. Bölgəni yaxından tanımaq istəyirəm. Erməni kəndlərinə gedib tarix kitablarını oxumaq istəyirəm. Çoxlu erməni dostlarım var, onlarla əlaqə saxlamaq istədim. 2020-ci ildə gedəndə heç bir problemim olmadı. Amma bu dəfə Ermənistana daxil olarkən təhlükəsizlik qüvvələri məni başqa yerə apardılar. Pasportuma baxdılar, əlimdə telefon var idi, amma heç kimlə danışmağa imkan vermədilər. Obyektiv təhlillər aparmağa, Ermənistanda məqalələr yazmağa çalışdım. Amma orda bunu təhlükə kimi görüb məni casusluqda ittiham etdilər. Bundan sonra hər cür psixoloji təzyiqlər, mənəvi işgəncələr etdilər. Məni bir şəkildə vurdular, qışqırdılar, başıma silah dayadılar, işgəncə verdilər. Beş-altı saat otaqda saxladılar. Oradakı təhlükəsizlik qüvvələri daşnak idilər. Psixoloji təzyiqlə Ermənistanın Qarabağ diskursunu qəbul etməyə məcbur etdilər. Qarabağ Azərbaycan ərazisidir, deyəndə məni hədələdilər”, – alim izah edib.

O, indiki ölkə hakimiyyətini tənqid etmədiyini də vurğulayıb.

“Ermənistanın siyasi quruluşuna gəlincə, mən Paşinyanı tənqid etməmişəm. Hazırda Ermənistanda Türkiyə ilə mötədil münasibətlər qurmağa çalışan paşinyançılar var. Bir də Türkiyə ilə qarşıdurma düşüncəli asalaçı və daşnaklar var. Bu ikisi arasında ciddi mübarizə davam edir. Daşnaklar hələ də fəaldırlar. Nəhayət, məni buraxdılar, maşınla Gürcüstan sərhədinə apardılar və oradan da Gürcüstana daxil oldum”, – Vakizaka yekunlaşdırıb.

O, bu vəziyyəti “Twitter” hesabından Türkiyə və Yaponiya XİN-ə çatdırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir