Qərbi Azərbaycan Xronikası: Aşağı Şorca həsrətli şəhid anası – VİDEO

Siyasət


“Qərbi Azərbaycan xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında Baku TV-də “Aşağı Şorca həsrətli şəhid anası” adlı veriliş efirə gedib.

Verilişdə Göyçə mahalının Basarkeçər bölgəsində, dağların ətəyində yerləşən Aşağı Şorca kəndinin xalçalarından söz açılır.

Bildirilir ki, Aşağı Şorca kəndinin sakinləri özünün mifoloji yaddaşını, eyni zamanda bütün adət-ənənələrinin elementlərini xalçada tam təsvir edə bilirdi:

“Rənglərin asanlıqla bir-birinə keçməsi, kompozisiya quruluşunda mürəkkəb elementlərlə sadə elementlərin bərabər vəhdətinin qurulması sanki bir rəssam ustalığı idi. Bu elementlərin içərisində istər mifoloji məqamlar, istər rənglərin keçməsi ilə ab-havanın yaradılmasının birbaşa təbiətlə əlaqəsi var. Göyçə camaatı hətta bayramların adında da rənglərdən istifadə ediblər. Bu dünyagörüşü birbaşa qədim türk mifologiyasına, Altaydan Anadoluya qədər uzanan böyük türk coğrafiyasına xas xüsusiyyətlərdir. Məhz Aşağı Şorcada toxunan xalçalar da bu gözəlliyi, özünəməxsusluğu ilə seçilir”.

Verilişdə həmçinin erməni zülmündən qurtulmaq üçün Göygöl rayonunda məskunlaşan Aşağı Şorca kənd sakini, xalçaçı Minayə Abbasova deportasiyaya məruz qalmasından, övlad itkisindən bəhs edib:

“Həmin günləri, oğlumun şəhid olmasını həyatım boyu unuda bilmərəm. Çox keşməkeşli həyatımız olub, elimizdən, günümüzdən ayrı düşdük, yaxşı gün görmədik”.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir