“Yuventus” “Milan”ın əfsanəvi futbolçusunun oğlunu transfer etdi

Dünya


“Yuventus” ilk yay transferini reallaşdırıb.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Turin klubu Fransa “Lill”indən Timoti Veanı heyətinə qatıb.

“Zebrlər” ABŞ millisinin üzvü üçün qarşı tərəfə 12 milyon avro ödəyəcəklər. Tərəflər uzunmüddətli müqaviləyə imza atacaqlar. Keçid cümə axşamı rəsmən elan olunacaq.

23 yaslı vinger 2019-cu ildən “Lill”in formasını geyinirdi. Onun atası, ötən dövrlərin məşhur futbolçusu Corc Vea 1995-2000-ci illərdə İtaliyada “Milan”ın uğurları üçün çalışıb. C.Vea  hazırda Liberiya Prezidentidir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir