Stoltenberq daha bir il NATO-nun baş katibi vəzifəsində qalacaq

Dünya


NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir.

Bu barədə alyansdakı mənbələrə istinadən məlumat yayılıb.

Bildirilir ki, hazırki baş katibin səlahiyyət müddətinin çərşənbə günü, iyunun 28-də uzadılması ehtimalı böyükdür.

Qeyd olunur ki, NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını vurğulayırlar. Onların fikrincə, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət edəcək və namizədlərin şəxsiyyətləri ilə bağlı debatlara qərq olmaq əvəzinə diqqəti Ukraynaya dəstəyə yönəldəcək.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir